...

Rusiyada növbəti prezident seçkilərinin VAXTI AÇIQLANDI

Dünya xəbərləri Materials 13 Noyabr 2023 16:16 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiya Şurası bu il dekabrın 13-də keçiriləcək iclasda Rusiyada prezident seçkilərinin tarixini açıqlaya bilər.

Trend bu barədə Rusiya mediası parlamentdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbədən verilən məlumata görə, seçkilər 17 mart 2024-cü ildə keçiriləcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı müzakirələr davam etməkdədir. Vladimir Putin bu barədə qərarını 2023-cü ilin sonunadək elan edəcəyini bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti