Bakı. Trend:
Türkiyənin 2023-cü ilin yanvar-oktyabr aylarında Almaniyaya sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 faiz azalaraq 220,9 milyon dollar olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Oktyabr ayında Türkiyənin Almaniyaya sement ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 1,8 faiz azalaraq 19,2 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz azalaraq, 365,6 min dollara bərabər olub.
Bu ilin oktyabr ayında Türkiyə 3,9 milyon dollar məbləğində sement ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 14,9 faiz azdır.
Son 12 ay ərzində (oktyabr 2022-oktyabr 2023) Türkiyə 4,8 milyard dollar məbləğində sement ixrac edib.