Bakı. Trend:
Bu gün ABŞ prezidenti Co Bayden ilə Çin sədri Si Cinpin görüşəcək.
Trend-in məlumatına görə, bu barədə Ağ Ev-in saytında bildirilib.
Məlumata əsasən, onlar ikitərəfli əlaqələri müzakirə edəcəklər:
"Prezident Bayden və Çin sədri Si Cinpin noyabrın 15-də görüşəcək. Liderlər ABŞ-Çin münasibətləri, açıq kommunikasiya kanallarının saxlanmasının vacibliyi, bir sıra regional və qlobal məsələləri müzakirə edəcəklər", - deyə qeyd olunub.
Liderlər həmçinin Çin və ABŞ-ın “iki ölkə arasındakı rəqabəti necə məsuliyyətlə idarə edə və maraqlarının üst-üstə düşdüyü sahələrdə birgə işləyə biləcəyini” müzakirə edəcəklər.