...

40 ədəd Eurofighter təyyarəsi almağı planlaşdırırıq - Yaşar Güler

Dünya xəbərləri Materials 17 Noyabr 2023 02:42 (UTC +04:00)

Bakı. Trend:

40 ədəd Eurofighter təyyarəsi almağı planlaşdırırıq.

Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə naziri Yaşar Güler deyib.

“Eurofighter təyyarəsi çox güclü təyyarədir. Bu təyyarələr İngiltərə, Almaniya və İspaniyaya məxsusdur. İngiltərə və İspaniya bu prosesi təsdiqləyirlər. Onlar sadəcə Almaniyanın da bu prosesi təsdiqləməsi üçün razı salmağa çalışırlar”, – deyə o bildirib.

Güler qeyd edib ki, F-16 və F-4-lər Türk Silahlı Qüvvələrinin tapşırıqlarını yetirə biləcək potensialdadır.

“Gələcək üçün əvvəlcə F-35 üçün müraciət etdik, lakin F-35-də bəzi problemlər yarandı. Biz alternativlər üzərində də işləyirik. F-16-larımızı modernləşdirmək üçün biz 40 ədəd hazır F-16 Block 70 Viper alacağıq. Onlardan 79-nu özümüz Türk Aerokosmik Sənayesində (TÜSAŞ) modernləşdirəcəyik”, – deyə nazir bildirib.

Yaşar Güler qeyd edib ki, yerli mühərriklər 2028-ci ildə tədarük ediləcək və ən gec 2032-ci ildə yerli mühərrliklərdən istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti