...

Yanvar-oktyabr aylarında Türkiyə İsrailə kimyəvi maddə məhsulları ixracını azaldıb

Dünya xəbərləri Materials 17 Noyabr 2023 17:39 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2023-cü ilin yanvar-oktyabr aylarında İsrailə kimyəvi maddə məhsulları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 17,4 faiz azaldaraq 510,2 milyon dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Oktyabr ayında Türkiyə İsrailə kimyəvi maddə məhsulları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 21,2 faiz azaldaraq 49,8 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz azalaraq, 25 milyard dollara bərabər olub.

Bu ilin oktyabr ayında Türkiyə 2,7 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 3,5 faiz çoxdur.

Qeyd olunub ki , son 12 ay ərzində (oktyabr 2022- oktyabr 2023) Türkiyə 30,3 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti