...

Artıq Qəzza deyilən yer qalmadı - Ərdoğan

Dünya xəbərləri Materials 17 Noyabr 2023 22:25 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda 13 min fələstinli uşaq, qadın və qoca öldürülüb. Artıq Qəzza deyilən yer yoxdur, hər şey dağıdılıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı zamanı deyib.

"Əgər Almaniya və Türkiyə ilə birlikdə humanitar atəşkəs nail ola bilsə, bölgəni bu "od halqası"ndan xilas etmək imkanımız olacaq", - deyə R.T.Ərdoğan qeyd edib.

Türkiyə prezidenti İsrail-Fələstin münaqişəsi ilə bağlı bildirib ki, baş verənlər bizə bir daha göstərdi ki, 1967-ci il sərhədlərinə əsaslanan iki dövlət prinsipi əsasında məsələnin həll olunması qaçılmazdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti