...

Araik Arutyunyanın nümayəndəsi Ermənistanın İstintaq Komitəsində dindirilməyə çağırıldı

Dünya xəbərləri Materials 22 Noyabr 2023 12:56 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda separatçıların keçmiş "prezidenti" Araik Arutyunyanın nümayəndəsi Vaan Badasyan Ermənistanın İstintaq Komitəsində dindirilməyə çağırılıb.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, Badasyana qarşı zorakılığa ictimai çağırışlar, zorakılığa ictimai şəkildə haqq qazandırma və zorakılığın təbliği ilə bağlı cinayət işi açılıb.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti