...

İrəvanda universitetdə partlayışda ölənlərin sayı artıb

Dünya xəbərləri Materials 23 Noyabr 2023 16:34 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İrəvan Dövlət Universitetində partlayışda xəsarət alanlardan bir nəfər ölüb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan sosial şəbəkədə bildirib.

Bununla partlayış nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb. Digər xəsarət alan şəxsin vəziyyətinin stabil olduğu və palataya köçürüldüyü deyilir.

Xatırladaq ki, noyabrın 17-də İrəvan Dövlət Universitetinin binasında partlayış olub. Bir nəfər hadisə yerində ölüb, 3 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti