Bakı. Trend:
İsrail ordusu Qəzza zolağına çağırış vərəqələri atıb.
Trend bu barədə İsrail KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən v\rəqlərdə sakinlərə çağırış edilib:
"Atəşkəsə baxmayaraq münaqişə zonası olaraq qalan anklavın şimalına qayıtmasınlar".
Qeyd edək ki, atəşkəsin qüvvəyə minməsindən 15 dəqiqə sonra İsraildə hava həyəcanı siqnalı səslənib.