...

Hindistanın baş naziri qırıcı təyyarə ilə səmaya qalxıb

Dünya xəbərləri Materials 25 Noyabr 2023 16:39 (UTC +04:00)
Hindistanın baş naziri qırıcı təyyarə ilə səmaya qalxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın Baş naziri Narendra Modi yerli istehsal olan “Tejas” yüngül qırıcı təyyarəsində uçuş həyata keçirib.

Trend xəbər verir ki, bu barədə Hindistan hökumətinin rəhbəri özünün sosial media hesabında yazıb.

Uçuş ölkənin cənubundakı Karnataka ştatının Banqalor şəhərində baş tutub. “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, Narendra Modi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.

Hindistanın “Aeronautics Limited” kompaniyası tərəfindən istehsal olunan “Tejas” qırıcı təyyarəsi üzərində çalışmalar 1980-ci illərdən bəri davam edir. Təyyarə 2015-ci ildə Hindistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. Hazırda onun “Tejas Mk2” modifikasiyası üzərində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti