...

İraqın şimalında türk əsgərləri şəhid olub (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 Noyabr 2023 09:40 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

İraqın şimalında həyata keçirilən “Pence-Kilit” əməliyyatı bölgəsində 3 türkiyəli hərbçi şəhid olub.

Trend xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, hadisə terror qruplaşmasının üzvlərinin hücumu nəticəsində baş verib.

Daha bir hərbçinin isə yaralı olduğu bildirilir.

xxx

02:15

İraqın şimalında Türkiyə hərbçilərinə hücum nəticəsində 2 nəfər şəhid olub, 2 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"“Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatının üzvləri tərəfindən törədilən hücum nəticəsində iki hərbçimiz həlak olub, iki silahdaşımız yaralanıb və xəstəxanaya göndəriliblər", – deyə məlumatda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti