Bakı. Trend:
Böyük Britaniya dünyanın ən böyük şirkətləri ilə 29,5 milyard funt sterlinq (37,2 milyard dollar) dəyərində investisiyalar barədə razılığa gəlib.
Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib.
"29 milyard funt-sterlinqdən çox investisiya ilə biz minlərlə yeni iş yeri yaradacağıq. Bu investisiya Britaniya iqtisadiyyatının gələcəyinə yüksək səviyyədə inamı göstərir", - o deyib.