Bakı. Trend:
Fələstinlilər tərəfindən azad edilən 11 girovdan ibarət qrup hazırda İsrail ərazisinə doğru hərəkət edir.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) Telegram kanalı məlumat yayıb.
İsrail hərbçiləri bildiriblər ki, Beynəlxalq Qızıl Xaç Komitəsi onlara 11 girovun götürülməsi barədə məlumat verib.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qallant atəşkəs başa çatdıqdan sonra Qəzza zolağında döyüşlərin daha da şiddətlənəcəyini və anklavın bütün ərazisinə yayılacağını bildirib. O əlavə edib ki, atəşkəsin başa çatması ilə İsrail Müdafiə Qüvvələri (İDF) HƏMAS qüvvələrinə aviasiya və artilleriya ilə hücum edəcək, sonra isə piyadaların irəliləməsi bərpa olunacaq.