Bakı. Trend:
Fransanın "Dixmude" hərbi gəmisi bazar ertəsi Misirin Əl-Ariş limanına humanitar missiya ilə gəlib.
Trend-in məlumatına görə, bu barədə "Le Parisien" qəzeti mənbəyə istinadən bildirib.
"Xəstəxana dəstəyi" təmin etmək üçün təchiz edilmiş, İsrail və HƏMAS arasında döyüşlər zamanı ağır yaralanan Qəzza zolağından olan fələstinlilərüçün nəzərdə tutulan gəmi 60 tibbi çarpayıya malikdir. Vertolyot daşıyıcısında həmçinin iki əməliyyat bloku var.
Noyabrın 20-də Tulondakı (Var departamenti) dəniz bazasından yola düşən "Dixmude" başqa bir helikopter daşıyıcısı "Tonnerre"i əvəz eledi.