Bakı. Trend:
ABŞ-nin keçmiş prezidenti Donald Trampın toxunulmazlığı ləğv edilib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqton Apellyasiya Məhkəməsi Donald Trampı Kapitoliyə hücum işi ilə bağlı toxunulmazlıq hüququndan məhrum edib.
Qeyd edək ki, 2021-ci il yanvarın 6-da Trampın tərəfdarları Kapitoliyə hücum edərək Konqresin işini bir neçə saatlıq dayandırmışdılar.