...

Ərdoğan Qətərə səfər edəcək

Dünya xəbərləri Materials 4 Dekabr 2023 01:26 (UTC +04:00)
Ərdoğan Qətərə səfər edəcək

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 4-də Qətərə iki günlük səfər edəcək.

Trend xəbər verir ki, səfər çərçivəsində Türkiyə Prezidenti Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşəcək.

Rəcəb Tayyib Ərdoğan Qəzzada humanitar sülhün bərpası və döyüşlərin dayandırılmasında vasitəçilik rolunu oynamış Qətər əmiri ilə daimi atəşkəsin əldə olunmasını müzakirə edəcək.

Səfər zamanı iki ölkə arasında mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri gündəmdə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti