...

Hindistanda leysan yağışlar 7 nəfərin həyatına son qoydu

Dünya xəbərləri Materials 5 Dekabr 2023 17:17 (UTC +04:00)
Hindistanda leysan yağışlar 7 nəfərin həyatına son qoydu
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hindistanın cənubunda “Miçaunq” qasırğasının səbəb olduğu leysan yağışları ölkənin cənubundakı Tamil Nadu əyalətinin paytaxtı Çennayda azı 7 nəfərin həyatına son qoyub.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, sakinlərin ölümünə şəhərin bəzi ərazilərində və ətraflarında daşqınlar nəticəsində evlərin uçması səbəb olub.

Güclü küləklə müşayiət olunan leysan evlərin dağılması, elektrik xətlərinin qırılması ilə nəticələnib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti