Bakı. Trend:
Rusiyanın İrandakı keçmiş baş konsulu Konstantin Alekseyev Moskvadakı mənzilində ölü tapılıb.
Trend xəbər verir ki, bu barədə rus KİV-i məlumat yayıb.
Məlumata görə, diplomatın meyitini həyat yoldaşı aşkarlayıb. Hazırda ekspertlər keçmiş baş konsulun ölüm səbəbini araşdırırlar.
Qeyd edək ki, Konstantin Alekseyev 2015-2019-cu illərdə Rusiyanın İranda baş konsulu vəzifəsində çalışıb. Bundan başqa, o Rusiyanın İrandakı səfirliyində nazir müşavir vəzifəsində və Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentində çalışıb.