...

Rusiya DİN Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisini axtarışa verib

Dünya xəbərləri Materials 14 Dekabr 2023 12:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenat Kirill Budanovu axtarışa verib.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Budanova qarşı cinayət məcəlləsinin hansı maddəsi ilə cinayət işi açıldığı qeyd olunmayıb. Rusiya Federasiyası İstintaq Komitəsi Budanovu şifahi surətdə terrorizmdə ittiham edib.

Qeyd edək ki, 21 aprel 2023-cü il tarixində Moskvanın Lefortovo Rayon Məhkəməsi Budanov barəsində qiyabi həbs qərarı verib. Ukraynalı general-leytantın Krım körpüsündə partlayışa görə məsuliyyət daşıdığı qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti