Bakı. Trend:
Sankt-Peterburqda kütləvi Yeni il, idman, mədəniyyət tədbirləri zamanı maska rejiminin tətbiq edilməsinə başlanılıb.
Trend xəbər verir ki, bununla bağlı müvafiq qərarı Sankt-Peterburq şəhəri üzrə Baş Dövlət sanitar həkimi Nataliya Başketova imzalayıb.
Bundan əlavə, maska rejimi şəhərin tibbi və sosial müəssisələrində fəaliyyət göstərir. Ağır və yataq vəziyyətindəki xəstələrə qulluq edən şəxslər istisna olmaqla, xəstəxanalarda və sosial müəssisələrdə xəstələrin ziyarət edilməsinə qadağa qoyulur.
Şəhərin baş dövlət sanitar həkimi bütün təşkilatlara temperatur rejiminə tam şəkildə riayət etməyi, otaqları mütəmadi olaraq havalandırmağı və dezinfeksiya etməyi və gigiyena məhsullarından istifadə etməyi tövsiyə edib.