Bakı. Trend:
İsrail ordusu Qəzza zolağının mərkəzi hissəsində döyüş əməliyyatlarında dörd saatlıq humanitar fasilə elan edib.
Trend xəbər verir ki, bu barədə İsrail hökumətinin Fələstin Ərazilərindəki Fəaliyyətlərinin Əlaqələndirici İdarəsi "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumatda İsrail Müdafiə Qüvvələrinin mülki əhalinin qida və su ehtiyatını tamamlamasına imkan vermək üçün humanitar fasilələr təmin etdiyi qeyd olunub. Dekabrın 25-də Deyr-əl-Balax şəhərinin Əş-Şeyx Muhamməd Əl-Yamani bölgəsində yerli vaxtla saat 10:00-14:00 arası fasilə elan edilib.