Bakı. Trend:
ABŞ-ın İraqdakı hərbi obyektində üç güclü partlayış səsi eşidilib.
Trend xəbər verir ki, ABŞ-ın İraqın Anbar əyalətində yerləşən Ayn əl-Əsəd hərbi bazası raket hücumlarına məruz qalıb.
Hücumun nəticələri barədə məlumat verilmir.
Bundan əvvəl "İraqın İslam müqaviməti" hərəkatına daxil olan şiə silahlı birləşmələri ABŞ-ın himayəsi altında olan Ərbil hava limanında beynəlxalq koalisiyanın bazasına hücum üçün kamikaze dronlarından istifadə ediblər.
ABŞ Ordusunun Mərkəzi Komandanlığının verdiyi məlumata görə, hücum nəticəsində üç amerikalı əsgər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.