...

Paşinyan Rusiya səfərini müsbət qiymətləndirib - KİV

Dünya xəbərləri Materials 28 Dekabr 2023 11:23 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş müqaviləsi" partiyası iclas keçirib.

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Joxovurd" qəzeti məlumat yayıb.

Məlumata görə, Nikol Paşinyanın sədrlik etdiyi partiyanın iclası Ermənistan Milli Yığıncağında keçirilib.

Qeyd olunub ki, 2 saata yaxın davam edən görüşdə, həmçinin, Paşinyanın Sankt-Peterburq səfəri müzakirə olunub. Paşinyan bütünlükdə səfərini müsbət olaraq qiymətləndirib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan 25-26 dekabr tarixlərində Rusiyada iki günlük səfərdə olub.

Paşinyanın dekabrın 25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya İqtisadi Şurasının iclasında, dekabrın 26-da isə Müstəqil Dövlətlər Birliyinin (MDB) qeyri-rəsmi sammitində iştirak edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti