...

Ukraynadakı münaqişə NATO üçün təhlükə yaradır - Bayden

Dünya xəbərləri Materials 30 Dekabr 2023 04:09 (UTC +04:00)

Bakı. Trend:

Rusiya ilə Ukrayna arasındakı münaqişə digər ölkələrə də təsir edir. Xüsusilə, NATO üçün təhlükə yaradır.

Trend xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

"Bu mübarizə Ukraynadan çox-çox kənara çıxır. Onlar bütün NATO-ya, Avropanın təhlükəsizliyinə və transatlantik münasibətlərin gələcəyinə təsir edir", - deyə o bildirib.

O, Rusiyanın bəzi NATO müttəfiqlərini təhdid etdiyini açıqlayıb. Bayden hesab edir ki, bu, öz növbəsində ABŞ-nin Ukrayna münaqişəsinə cəlb olunma şansını artırır.

Xəbər lenti

Xəbər lenti