Bakı. Trend:
İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanların episentri 250 min insanın yaşadığı Banda-Açeh şəhərindən 414 km cənub-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.