Bakı. Trend:
Türkiyənin ilk kosmos səyahətçisi Alper Gezeravcı kosmik gəmi təlimini uğurla başa vurub.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyi (TUA) sosial media hesabında paylaşım edib.
“Astronavtımız Alper Gezeravcı və AX-3 missiyasının ekipaj üzvləri SpaceX Dragon kosmik gəmisi təlimlərini uğurla başa vurdular” – deyə paylaşımda qeyd olunub.
Xatırladaq ki, Beynəlxalq Kosmik Stansiyaya (BKS) gedəcək olan Gezeravcı aprel ayında ABŞ-ın Texas ştatının Hyuston şəhərində təlimlərə başlayıb.
Gezeravcının 17 yanvar 2024-cü ildə kosmosa göndərilməsi planlaşdırılır.
Türkiyənin İlk İnsanlı Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı yanvar ayında buraxıldıqdan sonra 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.
İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.