...

Qəzza zolağında 106 jurnalist həlak olub

Dünya xəbərləri Materials 31 Dekabr 2023 08:00 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Qəzza zolağında 84 gündə 106 jurnalist öldürülüb.

Trend bu barədə Qəzza hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

İsrail ordusunun Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsinə hücumu nəticəsində daha bir jurnalist həlak olub.

Hücum zamanı Əl-Qüds telekanalının jurnalistinin öldürüldüyü bildirilir.

Oktyabrın 7-dən Qəzzada öldürülən jurnalistlərin sayı hazırda 106-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti