...

ABŞ Rusiya nümayəndə heyətinin rəhbərinə BMT-nin sessiyasında iştirakı üçün viza verməyib

Dünya xəbərləri Materials 29 Yanvar 2024 22:58 (UTC +04:00)
ABŞ Rusiya nümayəndə heyətinin rəhbərinə BMT-nin sessiyasında iştirakı üçün viza verməyib

Bakı. Trend:

ABŞ Rusiya nümayəndə heyətinin rəhbəri Artur Lyukmanova BMT-nin İKT-dən istifadə ilə mübarizə üzrə Konvensiyanın hazırlanması üzrə sessiyasında iştirak etmək üçün viza verməkdən imtina edib.

Trend-in məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin baş məsləhətçisi Andrey Akulçev məlumat verib.

“Bizim nümayəndə heyətimizin rəhbərinə yekun sessiyada iştirak etmək üçün ABŞ-a giriş qadağan edilib”, - deyə o bildirib.

Bundan əvvəl məlum olub ki, ABŞ Rusiya diplomatlarına yanvarın 24-də Nyu-Orleanda keçirilən Beynəlxalq Taxıl Şurasının iclasında iştirakını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti