...

İrəvanda partlayış: Ölən və yaralananlar var

Dünya xəbərləri Materials 5 Fevral 2024 17:16 (UTC +04:00)
İrəvanda partlayış: Ölən və yaralananlar var
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın paytaxtı İrəvanda partlayış olub.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə Erebuni bölgəsində qeydə alınıb.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın sözlərinə görə, dağıntılar altından bir qadın və kişinin cəsədi çıxarılıb.

Dağıntılar altından çıxarılan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir.

Partlayış nəticəsində 4 ev dağılıb. Hadisənin səbəbi hələ ki, açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti