Bakı. Trend:
Argentina Prezidenti Xavyer Miley Roma Papası Fransiskdən əvvəllər onu "Yer üzündə ən zərərli olanların nümayəndəsi" adlandırdığına görə üzr istəyib.
Trend xəbər verir ki, bu barədə Infobae portalı məlumat yayıb.
Miley İtaliyaya səfəri çərçivəsində Vatikanda Papa ilə görüşündə deyib: “Keçmiş açıqlamalarıma görə sizdən üzr istəmək istəyirəm”.
Argentina liderinin sözlərinə görə, onun açıqlamaları “hər kəsin etdiyi gənclik səhvi” idi.
Roma Papası ilə Argentina Prezidenti arasında söhbət bir saata yaxın davam edib və görüşün sonunda qarşılıqlı hədiyyələr verilib.