...

Keçən ilin yanvar-dekabr aylarında Trabzon limanı 500-ə yaxın gəmi qəbul edib

Dünya xəbərləri Materials 16 Fevral 2024 15:57 (UTC +04:00)
Keçən ilin yanvar-dekabr aylarında Trabzon limanı 500-ə yaxın gəmi qəbul edib

Bakı. Trend:

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Trabzon limanı 490 gəmi qəbul edib.

Trend-in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeyd edilən müddət ərzində Trabzon limanı Türkiyə bayrağı altında üzən 100, digər ölkələrin bayraqları altında üzən 390 gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Xəbər lenti

Xəbər lenti