...

ABŞ-da təbii qazın qiyməti son 30 ilin ən aşağı səviyyəsinə düşüb

Dünya xəbərləri Materials 19 Fevral 2024 01:25 (UTC +04:00)

Bakı. Trend:

Qaz hasilatının artması fonunda ABŞ-da təbii qazın qiyməti təxminən 30 ilin ən aşağı səviyyəsinə düşüb.

Trend xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Təbii qazın qiyməti 2024-cü ilin yanvar ayının ortalarından bəri 50% ucuzlaşıb.

Ölkədə bu qış 1950-ci ildən bəri ən yüksək temperatur müşahidə olunur. Paralel olaraq, ABŞ-da qaz hasilatı 2023-cü ilin dekabrında rekord həddə - 105 milyard kubmetrə çatıb. Bildirilib ki, bu amillər təbii qazın qiymətlərinin sərbəst eniş vəziyyətinə düşməsinə səbəb olub.

Xəbər lenti

Xəbər lenti