...

Qırğızıstanda qar uçqunu oldu - 4 turist öldü

Dünya xəbərləri Materials 26 Fevral 2024 18:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

Trend-in xəbərinə görə, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.

İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

Həlak olanların şəxsiyyəti müəyyən olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti