...

İsrail Qəzzadakı müharibədə nə qədər xərcləyib?

Dünya xəbərləri Materials 28 Fevral 2024 11:49 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Qəzza zolağında müharibəyə xərcləri 65 milyard dollar təşkil edib.

Trend xəbər verir ki, bu barədə Knessetin (parlament) vitse-spikeri, "Bizim evimiz İsraildir" partiyasından olan deputat Yevgeni Sova "İzvestiya" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, İsrail hökuməti büdcə defisitini artırmaq hesabına bu vəsaiti tamamlamaq niyyətindədir.

"İqtisadiyyat hərbi relslərin üzərinə çıxıb yalnız cəbhə üçün, yalnız qələbə üçün lazım olan əşyalar istehsal etməyə başlaya bilməz. Bunu yalnız güclü dövlət təsirinin olduğu mərkəzləşdirilmiş iqtisadiyyatla etmək mümkündür", - deyə israilli deputat qeyd edib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti