...

Avstraliyada meşə yanğınları davam edir

Dünya xəbərləri Materials 29 Fevral 2024 04:30 (UTC +04:00)
Avstraliyada meşə yanğınları davam edir

Bakı. Trend:

Avstraliyanın hakimiyyət orqanları yanğın səbəbindən Viktoriya ştatında təxminən 30 min nəfərin təxliyə edilməsi barədə göstəriş verib.

Trend xəbər verir ki, Avstraliya Meteorologiya Bürosunun məlumatına görə, isti, quru və küləkli hava şəraiti Viktoriya ştatında və ölkənin cənubundakı bəzi rayonlarda yanğın təhlükəsi riskini artırıb. Hakimiyyət orqanları bölgədə əsən küləklərin yaşayış məntəqələrinə yaxın ərazidə meşə yanğınlarının genişlənə biləcəyindən ehtiyat edirlər.

Hazırda yanğınsöndürənlər Melburndan təxminən 190 kilometr qərbdə yerləşən Bayinden qəsəbəsi yaxınlığında fevralın 22-dən başlayan və hələ də nəzarət altına alınması mümkün olmayan meşə yanğını ilə mübarizə aparırlar.

Viktoriya ştatının yanğından mühafizə idarəsi 100-dən çox meşə zonasına girişin, həmçinin onlarla məktəb və uşaq bağçasının bağlandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti