...

İran peyki Rusiyadan kosmosa göndərilib

Dünya xəbərləri Materials 29 Fevral 2024 17:11 (UTC +04:00)
İran peyki Rusiyadan kosmosa göndərilib

Bakı. Trend:

Rusiya orbitdən Yerin səthinə 500 kilometr məsafədən İranın topoqrafiyasını skan edəcək tədqiqat peykini kosmosa göndərib.

Trend “Reuters” agentliyinə istinadla xəbər verir ki, Rusiyanın "Soyuz" raketi ilə "Vostochnıy" kosmodromundan kosmosa göndərilən 134 kiloqram ağırlığında olan "Pars 1" tədqiqat zondlama peyki üç kamera ilə təchiz edilib.

2016-cı ildə istifadəyə verilən kosmodrom Rusiyanın Uzaq Şərqindəki Amur bölgəsində yerləşir. Həmin ərazi Rusiyanın Çinlə sərhədindən çox da uzaqda deyil və Vladivostok limanından təxminən 1500 kilometrlik məsafədədir.

İranın informasiya və rabitə naziri İsa Zarepur dövlət televiziyasına müsahibəsində deyib: "Hazırkı yerli buraxılış bazalarımız hələ günəşlə sinxron orbit üçün lazımi maillikdə peyk buraxmaq qabiliyyətinə malik deyil, ona görə də biz Rusiyanın buraxılış bazasından istifadə edirik".

Qeyd edək ki, Rusiya 2022-ci ildə Qazaxıstanın “Baykonur” kosmodromundan İranın uzaqməsafəli “Xəyyam” peykini orbitə göndərib. Bu kosmik buraxılışlar ABŞ-nin sanksiyaları altında olan iki ölkə arasında imzalanmış elmi-texniki əməkdaşlıq protokolları çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti