...

İran xarici işlər naziri səsvermədə iştirak edib (FOTO)

Dünya xəbərləri Materials 1 Mart 2024 17:52 (UTC +04:00)
İran xarici işlər naziri səsvermədə iştirak edib (FOTO)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün keçirilən 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisi seçkilərində iştirak edib.

Trend-in məlumatına görə, İran xarici işlər naziri Tehranda Şərif Sənaye Universitetində yaradılan seçki məntəqəsində səs verib.

Qeyd edək ki, İranda 12-ci çağırış parlament və 6-cı çağırış Ekspertlər Məclisinə seçkilər yerli vaxtla saat 08:00-da başlanıb. Seçkilər 31 vilayətdə 1 218 seçki dairəsi, təxminən 59 min seçki məntəqəsində keçirilir. Səsvermənin yerli vaxtla 18:00-dək davam etdirilməsi nəzərdə tutulub. Lakin müddəti uzadıla bilər.

Seçkilərdə təxminən 61,2 milyon (61 172 298) nəfərin səsvermə hüququ olduğu bildirilir.

İran parlamentində 290 deputat mandatı uğrunda 15,2 min nəfər rəqabət aparacaq. Hazırda bu məclisin sədri Məhəmməd Qalibafdır.

Ekspertlər Məclisi İranın Ali Liderinin təyin olunması, kənarlaşdırlması və fəaliyyətinə nəzarət edən məclisdir. Ekspertlər Məclisində 88 yer uğrunda 144 namizəd rəqabət aparacaq. Hazırda bu məclisin sədri Əhməd Cənnətidir.

Xəbər lenti

Xəbər lenti