...

"Zvartnots" hava limanında qərarları erməni sərhədçilər qəbul edir - Azatxanyan

Dünya xəbərləri Materials 2 Mart 2024 10:51 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

"Zvartnots" hava limanında sərhədləri keçməklə bağlı qərarları erməni sərhədçilər qəbul edir.

Trend xəbər verir ki, bu barədə Rusiyanın Federal Sərhəd Xidmətinin veteranı Lev Azatxanyan erməni KİV-ə deyib.

Onun sözlərinə görə, Ermənistan müstəqillik qazananda öz mütəxəssisləri olmayıb. 1992-ci ildə Ermənistan ərazisindəki Rusiya Sərhəd Qoşunlarının statusu barədə Müqavilə imzalananda isə Rusiya sərhədçiləri "Zvartnots" hava limanında öz funksiyalarını yerini yetirib.

2005-ci ildə imzalanan yeni müqavilə isə erməni sərhədçilərin hazırlanmasını nəzərdə tutub.

"Hər hansı mübahisəli məqam olduqda isə qərarı Ermənistan tərəfi qəbul edir", - deyə Azatxanyan bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti