Bakı. Trend:
İndoneziya və Filippin sahilləri yaxınlığında 6 maqnitudalı zəlzələ baş verib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların mərkəzi Filippinin Mindanar adasında yerləşən 105 min əhalisi olan Mati şəhərindən 146 km cənub-şərqdə olub.
İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.