...

Paşinyanın deputatlarla görüşlərindən əvvəl onların telefonları əlindən alınır - Ermənistan KİV

Dünya xəbərləri Materials 9 Mart 2024 15:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan KİV-i baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyasının deputatları ilə görüşdən əvvəl gördüyü təhlükəsizlik tədbirlərindən yazıb.

Trend xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qeyd olunub ki, Paşinyanla qapalı görüşlərdən əvvəl "Vətəndaş Müqaviləsi" partiyasının deputatlarının mobil telefonları yığılır, iclas zalında isə səsboğucular işləyir.

Paşinyanın ötən gün hakim partiyanın nümayəndələri ilə keçirilən görüş öncəsi bu cür tədbirlərə əl atdığı bildirilib.

Nəşrin məlumatına görə, Paşinyanın mühafizə dəstəsinin əməkdaşları baş nazir gəlməzdən əvvəl parlament binasına daxil olaraq yoxlanış keçiriblər.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti