...

Ermənistan hökumətinin KTMT ilə bağlı siyasi ayıqlığına ümid edirik - Baş katib

Dünya xəbərləri Materials 12 Mart 2024 11:44 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan hökumətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı siyasi ayıqlığına ümid edirik.

Trend xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "TASS" agentliyinə müsahibəsində deyib.

Baş katib bildirib ki, İrəvandan KTMT Katibliyinə Ermənistanın təşkilatda üzvlüyünü dayandırması ilə bağlı hər hansı rəsmi bildiriş daxil olmayıb.

"Gizlətmirəm ki, müəyyən hadisələr və Ermənistan elitasının bir hissəsinin əhvalı narahatlıq doğurur. Lakin Ermənistan rəhbərliyinin siyasi ayıq-sayıqlığına və təşkilatla bağlı müxtəlif ssenarilərin reallaşdırılması perspektivlərinin düşünülmüş şəkildə qiymətləndiriləcəyinə ümid edirik", - o deyib.

Bundan başqa, Tasmaqambetov Ermənistanın KTMT-nin müttəfiqi olduğunu və bütün mövcud öhdəliklərinin qüvvədə qaldığını vurğulayıb.

Xatırladaq ki, ötən ay Nikol Paşinyan Fransanın "France 24" telekanalına müsahibəsində Ermənistanın KTMT-də iştirakını dondurduğunu bildirib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti