...

Litvanın müdafiə naziri istefa vermək niyyətindədir

Dünya xəbərləri Materials 16 Mart 2024 05:08 (UTC +04:00)

Bakı. Trend:

Litvanın müdafiə naziri Arvidas Anuşauskas istefa məktubunu Baş nazir İnqrid Simoniteyə təqdim edib.

Trend xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin bəyanatında deyilir.

“Baş nazirin müdafiə nazirinin tutduğu vəzifədən azad edilməsi ilə bağlı müraciət alması faktını təsdiq edirik”, - bəyanatda bildirilib.

Siyasi müstəvidə yayılan söz-söhbətlərə görə Anuşauskas Baş nazir ilə fikir ayrılığı səbəbindən vəzifəsindən istefa vermək qərarına gəlib. İddialara görə, Baş nazir Anuşauskasın bu həftə səfərdə olduğu ABŞ-da verdiyi açıqlamalardan qəzəblənib.

Qeyd olunub ki, müdafiə naziri şənbə günü Litva Prezidentindən görüş istəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti