...

Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlir - exit-poll

Dünya xəbərləri Materials 17 Mart 2024 22:24 (UTC +04:00)
Rusiyada keçirilən prezident seçkilərində Vladimir Putin qalib gəlir - exit-poll
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın hazırkı prezidenti Vladimir Putin prezident seçkilərində 87 faiz səslə qalib gəlir.

Trend-in məlumatına görə, bu barədə Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi “exit-poll”un nəticələrində qeyd olunub.

Məlumata görə, ikinci yeri Rusiya Federasiyası Kommunist Partiyasının namizədi Nikolay Xaritonov (4,6%), üçüncü yeri “Yeni insanlar” partiyasından namizəd olan Vladislav Davankov (4,2%), dördüncü yeri "LDPR" partiyasının lideri Leonid Slutski (3%) tutur. Bülletenlərin daha 1,2 faizi etibarsız sayılacaq.

Sorğu martın 15-dən 17-dək seçki məntəqələrində aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti