...

Estoniya Rusiya ilə hüquqi yardım haqqında müqaviləni ləğv edib - KİV

Dünya xəbərləri Materials 21 Mart 2024 13:30 (UTC +04:00)
Estoniya Rusiya ilə hüquqi yardım haqqında müqaviləni ləğv edib - KİV
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Estoniya Rusiya ilə hüquqi yardım və mülki, ailə və cinayət işləri üzrə hüquqi münasibətlər haqqında müqaviləni ləğv edib.

Trend xəbər verir ki, bu barədə Estoniyanın dövlət teleradio portalı məlumat yayıb.

Qeyd edək ki, müqavilə 30 ildən çox müddətdir ki, imzalanıb və mütəmadi olaraq yenilənirdi. Lakin bu dəfə Estoniya tərəfi müqaviləni ləğv etmək qərarına gəlib.

Estoniya hökuməti bu cür qərar verməyinə əsas olaraq isə Rusiyanın ədliyyə sisteminə etimadın olmadığını göstərib.

Xatırladaq ki, bir neçə gün öncə Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağrılıb və ona diplomatik nota təqdim olunub. Diplomatik notaya əsasən, Rusiyanın Estoniyadakı səfirliyinin əməkdaşı "persona non grata" elan olunub. Bildirilib ki, Estoniyanın təhlükəsizliyinə qarşı keçirilən hibrid əməliyyatlar dayandırılmalıdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti