Bakı. Trend:
"Piknik" musiqi qrupu "Crocus City Hall"da törədilən terror aktından sonra itən üzvü ilə hələ də əlaqə yarada bilmir.
Trend xəbər verir ki, bu barədə musiqi kollektivinin direktoru Yuri Çernışevski Rusiya KİV-ə deyib.
"Heç bir ehtimal yoxdur, cəhdləri davam etdiririk", - o deyib.
Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə azı 60 nəfər ölüb, 140-dan çox yaralanan var.
Hüquq-mühafizə orqanları tərəfindən terror aktında iştirak edən 11 nəfər, o cümlədən, 4 terrorçu saxlanılıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)
