...

ABŞ “Crocus City Hall”da törədilən terror aktını qətiyyətlə pisləyir - Blinken

Dünya xəbərləri Materials 23 Mart 2024 21:38 (UTC +04:00)
ABŞ “Crocus City Hall”da törədilən terror aktını qətiyyətlə pisləyir - Blinken
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlar terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir və Moskva yaxınlığındakı “Crocus City Hall”da həlak olanlar üçün yas tutan ruslarla həmrəy olduğunu bildirir.

Trend-in məlumatına görə, bu barədə martın 23-də Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken açıqlama yayıb.

“Biz həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Terror aktında ölənlərin sayı 133 nəfərə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti