...

İrəvanda polis bölməsinə hücumdan sonra "terrorçuluq" maddəsi ilə cinayət işi açılıb

Dünya xəbərləri Materials 24 Mart 2024 22:29 (UTC +04:00)
İrəvanda polis bölməsinə hücumdan sonra "terrorçuluq" maddəsi ilə cinayət işi açılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanın şimal-şərqində polis idarəsinə hücumdan sonra “terrorçuluq” maddəsi ilə cinayət işi açılıb.

Trend-in məlumatına görə, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti bildirib.

Komitə hücumda 3 nəfərin iştirak etdiyini bildirib. Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda silahlı şəxslər polis bölməsinə hücum ediblər. Sözügedən üç şəxs bölməyə qumbara atsa da, yaralanan ancaq özləri olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti