...

Çin atmosferi araşdırma peykini orbitə buraxıb

Dünya xəbərləri Materials 27 Mart 2024 10:20 (UTC +04:00)
Çin atmosferi araşdırma peykini orbitə buraxıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Şansi əyalətindəki Taiyuan mərkəzindən atmosferi araşdırma peykini orbitə buraxıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, “Yunhai-3 02 Star” peyki ilə birlikdə "Long March 6" raketinin dəyişdirilmiş versiyası yerli vaxtla saat 06:51-də (Bakı vaxtı ilə 02:51) buraxılıb.

“China Aerospace Science and Technology Group” tərəfindən inşa edilən peyk orbitə daxil olub. Peyk atmosfer, dəniz tədqiqatları, kosmik mühitin monitorinqi, fəlakətlərin qarşısının alınması və elmi təcrübələr üçün istifadə olunacaq.

Modifikasiya edilmiş “Long March 6” raketi Çinin orta ölçülü daşıyıcı aparatının yeni nəslidir. Ümumi uzunluğu təxminən 50 metr, başlanğıc çəkisi təxminən 530 tondur.

Xəbər lenti

Xəbər lenti