...

Ermənistan KTMT PA "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb

Dünya xəbərləri Materials 27 Mart 2024 16:30 (UTC +04:00)
Ermənistan KTMT PA "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının "Crocus City Hall"dakı terror aktını pisləyən bəyanatına qoşulmayıb.

Trend xəbər verir ki, bu barədə Ermənistan parlamenti spikerinin mətbuat katibi Nelli Qulyan yerli KİV-ə deyib.

Onun sözlərinə görə, bu, Ermənistanın təşkilatda iştirakını dondurması ilə bağlıdır.

Qeyd olunub ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan özünün "Telegram" kanalında başsağlığı verib, onun müavini Akop Arşakyan isə Cenevrədəki çıxışında terror aktını pisləyib.

Qeyd edək ki, "Crocus City Hall"da törədilən terror aktında ölənlərin sayı 140 nəfərə çatıb.

Son məlumatlara görə, terror aktında 360 nəfər xəsarət alıb.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən "Crocus City Hall"a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Hadisə "Piknik" qrupunun konsertindən öncə baş verib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksdanr Bortnikov Rusiya prezidenti Vladimir Putinə Moskvada "Crocus City Hall"da törədilən terror aktında iştirak edən 11 nəfərin, o cümlədən 4 terrorçunun saxlanıldığı barədə məlumat verib.

Xəsarət alanların xilas edilməsi və axtarışı üzrə bütün tədbirlər yekunlaşıb.

"Crocus City Hall" konsert zalında terror aktı törətməkdə ittiham olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Beləliklə, məhkəmənin qərarı ilə terror aktını törətməkdə ittiham olunan Dalercon Mirzoyev, Saidakrami Raçabalizoda, Şamsidin Fariduni və Mahammadsobir Fayzov istintaq təcridxanasına yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti