Bakı. Trend:
Qazaxıstanda 5,3 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Qazaxısatanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Almatı şəhərindən 308 kilometr məsafədə yerləşib. Ocaq 25 kilometr dərinlikdə olub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
(Tərcümə: Rəna Əbdürəhmanova)